"Barselona" Neymar əvəzləyici tapa bilmir - "Liverpul" da "yox" dedi

11:19 10 Avqust 2017

"Barselona" PSJ-yə 222 milyon avro qarşılığında transfer olan Neymarın boşluğunu doldurmaq üçün axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi hədəfə "Liverpul"un braziliyalı futbolçusu Filipe Koutinyonu alıb. Lakin "qırmızılar" ulduz oyunçusunu əldən buraxmaq niyyətində deyil. "Sky Sports"da yer alan məlumata görə, "Liverpul" "Barselona"nın 100 milyon avroluq təklifinə müsbət cavab verməyib.

 

Qeyd edək ki, "Barselona" Koutinyo ilə yanaşı, "Borussiya"dan Usman Dembele ilə də maraqlanır. İspaniya klubu bu futbolçunun da transferini həll edə bilmir.


Digər xəbərlər

Xəbər xətti