"Neftçi"nin hücumçusu "Qarabağ"da

12:54 10 Avqust 2017

"Qarabağ" heyətini gücləndirməkdə davam edir. 

 

Sportarena.az xəbər verir ki, bu mövsüm "Qarabağ"ın əsas komadasıyla yanaşı U-19 da Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Rəşad Sadıqovun çalışdırdığı komanda bu nüfuzlu turnirdə iştirak üçün yeni heyət formalaşdırır.

 

"Neftçi"nin və U-19 millimizin futbolçusu Pilağa Mehdiyev artıq "Qarabağ"ın düşərgəsindədi. Futbolçuyla 4 illik müqavilə imzalanıb.

 

Bakıda keçirilən U-17 milliləri arasında Avropa çempionatında iştirak etmiş və komandamızın Belçika ilə oyundakı bərabərlik qolu zamanı məhsuldar ötürmə müəllifi olan istedadlı futbolçu bundan sonra "Qarabağ"ın şərəfini qoruyacaq. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti