"İnter"də maaş sevinci - Amma...

17:20 10 Avqust 2017

Bakının "İnter" klubunun rəhbərliyi futbolçularını sevindirib.  
 

Sportarena.az Futbol11.az-a istinadən xəbər verir ki, paytaxt klubunun futbolçuları bu gün ötən aylardan qalan maaşlarının bir hissəsini əldə ediblər. Oyunçuların hesabına iyun ayının maaşı köçürülüb. İyul ayından qalan pulların isə yaxın günlərdə veriləcəyinə söz verilib.


Qeyd edək ki, klub yalnız futbolçuların əmək haqqını verib. Texniki işçilərin maaşı isə yaxın günlərdə ödəniləcək.


Xəbər xətti