"Kəpəz" "Sumqayıt" üçün hazırlıqlara başladı

18:15 10 Avqust 2017

Topaz Premyer Liqasının ilk turunda səfərdə “Sumqayıt” ilə qarşılaşacaq “Kəpəz” dünəndən bu oyunun hazırlıqlarına başlayıb. 

Sportarena.az xəbər verir ki, komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. “Sarı-göylər” oyun gününə kimi bu məkanda hazırlaşacaq. 

Qeyd edək ki, avqustun 13-də keçiriləcək “Sumqayıt” – “Kəpəz” matçı saat 21:00-da başlayacaq.


Xəbər xətti