"Neftçi"nin futbolçusu: "Bir neçə səhvə yol verdik"

11:02 12 Avqust 2017

 

"Neftçi”ın futbolçusu Pavel Dreksa "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, çexiyalı müdafiəçi əvvəlcə görüş barədə danışıb:

 

- Əlbəttə, bu, yaxşı start deyildi. Amma işimizi davam etdirməli, pozitiv olmalıyıq. Növbəti oyunları düşünməli, köklənməli və qələbə qazanmalıyıq. 
 

- Avstriya toplanışından sonra komandada çox şeyin müsbətə doğru dəyişəcəyi gözlənilirdi. Amma heç nə dəyişməyib...
- Bu, mənim üçün çox çətin sualdı. Ancaq siz də bilirsiz ki, "Qarabağ” çox güclü komandadı. Onlar gələn həftə Çempionlar Liqasının pley-off mərhələsində oynayacaqlar. Üstəlik, biz də oyun zamanı bir neçə səhvə yol verdik. Məncə, əsas səbəb də budu. 
 

- Hər şeyin yaxşıya doğru dəyişəcəyinə inanırsız?
- Təbii. Bu, ilk oyunumuz idi. Gəlin, "Neftçi”ni birinci görüşdən sonra hesabdan silməyək. Daha çox çalışmalı və ikinci turdakı matçda mütləq qələbə qazanmalıyıq.
 

- Sizcə, bugünkü "Qarabağ” "Kopenhagen”i keçə biləcəkmi?
- Deməzdim ki, hansısa fərq var. Çünki "Qarabağ”da sistem eynidi. Əlbəttə, "Kopenhagen”i udmaq üçün şansları var. "Qarabağ”a uğurlar arzulayram.


Xəbər xətti