Araz Abdullayev rəsmən "Anortosis"də

10:54 13 Avqust 2017

Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin Kiprin "Anortosis" klubuna keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub həmyerlimizi müqavilə ilə məxsus olduğu "Qəbələ"dən 1 illik icarəyə götürüb. Bu barədə Famaqusta təmsilçisinin rəsmi saytı məlumat yayıb. Artıq futbolçumuz yeni klubu ilə 1 illik icarə müqaviləsinə imza atıb.

 

Xatırladaq ki, Araz "Qəbələ"yə bu il transfer olunmuşdu. 25 yaşlı yarımmüdafiəçi karyerasının böyük hissəsini yetirməsi olduğu "Neftçi"də keçirib.


Digər xəbərlər

Xəbər xətti