"Latsio" "Yuventus"a qalib gəldi - Superkubokda - VİDEO

12:15 14 Avqust 2017

Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda son çempion "Yuventus" "Latsio" ilə qarşılaşıb. Beş qolun vurulduğu görüşdə qələbəni paytaxt təmsilçisi bayram edib - 3:2.

 

Bununla da "Latsio" tarixində 4-cü dəfə İtaliya Super Kubokuna sahib çıxıb. Bu komanda 1998, 2000 və 2009-cu illərdə də oxşar uğura imza atmışdı. "Yuventus" isə "Milan"la birgə Super Kuboku ən çox (7 dəfə) qazanan iki klubdan biridi. Turinlilər eyni zamanda Super Kubokda 6-cı dəfə məğlubiyyətlə üzləşdilər.

 

 


Digər xəbərlər

Xəbər xətti