Kvist: "1:1, 2:2 hesablı heç-heçə bizim üçün sərfəli nəticə olacaq”

22:45 14 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq Danimarkanın “Kopenhagen” klubunun kapitanı Uilyam Kvist oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, danimarkalı futbolçu sabah onları çətin qarşılaşmanın gözlədiyini deyib:

 

“Sabah bizi çox çətin oyun gözləyir. Rəqibə qarşı səfərdə oynamaq çox çətindi. Xüsusilə, hücumda yaxşı oynamalıyıq. Məncə, 1:1, 2:2 hesablı heç-heçə bizim üçün sərfəli nəticə olacaq”.


Xəbər xətti