Ronaldonun cəzası açıqlandı

12:15 15 Avqust 2017

Madrid “Real”ın futbolçusu Kriştiano Ronaldo İspaniya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu ötən gecə “Barselona” ilə keçirilən Super Kubok qarşılaşmasında qırmızı vərəqə alaraq, meydandan qovulub. O, qırmızı vərəqə aldıqdan sonra qarşılaşmanın baş hakimi Rikardo De Burqos Benqoeçeanı itələyib. Hakim isə bunu protokolda qeyd edib.

 

İspaniya Futbol Federasiyasının qaydalarına görə, belə hallarda 4 oyundan 12 oyuna qədər cəza tətbiq oluna bilərdi. Federasiya artıq qərarını açıqlayıb. Ünlü futbolçu 5 oyunluq cəza alıb.

 

Super Kubokun ilk oyunu “Real”ın 3:1 hesablı qələbəsilə yekunlaşıb. Ronaldo bu oyunda komandasının ikinci qolunu vurub.


Xəbər xətti