Millimizin hücumçusu "Alanyaspor"a qarşı oynamayacaq - AÇIQLAMA

18:19 17 Avqust 2017

Millimizin və “Bursaspor”un hücumçusu Dəniz Yılmaz Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində baş tutacaq “Alanyaspor”la ev oyununu buraxmalı olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin baş məşqçisi Pol Le Quen qardaş ölkə mətbuatına açıqlamasında məlumat verib. Fransalı mütəxəssis Dənizin son vaxtlar yaxşı forma yığdığını, “Alanyaspor”la oyunda yoxluğunun komanda üçün ciddi itki olduğunu deyib:

 

“Dəniz zədə səbəbindən heyətdə olmayacaq. Məncə, bu, bizim üçün böyük itkidi. Çünki Dəniz yaxşı forma yığmışdı. “Başakşəhər”lə matçda yaxşı oynamışdı, məşqlərdə də ondan razı idim. Meydanda olmaması bizim üçün böyük əksiklikdi”.

 

“Bursaspor” - “Alanyaspor” oyunu avqustun 19-u, saat 21:00-da başlayacaq.


Xəbər xətti