"Traktor Sazi" nəhayət qələbə qazandı

10:30 18 Avqust 2017

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor Sazi" də növbəti matçını keçirib. Təbriz klubu doğma meydanda "Naft Tehran" ilə üz-üzə gəlib. Üç qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bu, əvvəlki 3 turda uduzan təbrizlilərin yeni mövsümdə ilk qələbəsi olub.

 

Təbrizin digər təmsilçisi "Göstəriş" isə bu gün səfərdə "Fulad Xuzistan"ın qonağı olacaq.

 

4 turdan sonra 3 xala malik "Traktor Sazi" 16 klub arasında 13-cüdü.


Xəbər xətti