Bakıda küveytli hakimlərin toplanışı olacaq

12:49 18 Avqust 2017

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edib.

 

Sportarena.az-ın AFFA-nın saytına istinadən xəbər verir ki, müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.

 

Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.


Digər xəbərlər

Xəbər xətti