Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

15:59 18 Avqust 2017

Avropa Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, son 5 mövsümə əsasən hesablanan reytinq cədvəlində Azərbaycan 17.625 xalla 22-ci pillədə qərarlaşıb. Bununla da ölkəmiz mövqeyini qoruyub. Təmsilçilərimizin bu mövsümkü qazancı 2.875-dir. "Qarabağ" 1.125, artıq mübarizəni dayandıran klublarımızdan "İnter" 0.750, "Zirə" 0.625, "Qəbələ" 0.375 xal əldə edib.

 

Keçirilən matçlar cədvəldə iki dəyişikliyə səbəb olub.  səbəb olub. İsveç 24-cü pilləni əldən verib. Bu mövqeyə isə Bolqarıstan sahib çıxıb. Finlandiya isə 37-ci yeri tərk edib. Şimallılar mövqeyini Makedoniyaya təhvil verib.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə - 21-ci yerdə olan Rumıniyanın 18.650 xalı var.


Xəbər xətti