"Barselona"da şok itki - 1 ay oynamayacaq

16:47 18 Avqust 2017

"Barselona" klubu ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Luis Suares sıradan çıxıb. O, İspaniya Super Kubokunda Madrid “Real”ı ilə səfər oyununda zədələnib. Dizindən zədə alan uruqvaylı hücumçu ötən gün tibbi müayinədən keçib. Məlum olub ki, 30 yaşlı forvard ən azı bir ay meydana çıxa bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Suares zədə almasaydı, qarşıdakı bir ay ərzində təxminən 8 oyunda meydana çıxa bilərdi. Ancaq o, komandasının La Liqada və Çempionlar Liqasında keçirəcəyi oyunlarla yanaşı, Uruqvay millisinin Argentina və Paraqvaya qarşı keçirəcəyi görüşlərdə də iştirak edə bilməyəcək.


Xəbər xətti