"Zirə"nin hücumçusu Hindistan klubunda - Gözlənilməz keçid

12:40 19 Avqust 2017

"Zirə" haitili hücumçusu Kervens Belfortla yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, Belfort Hindistanda yeni yaradılan "Jamşedpur" klubuna transfer olunub. Bu barədə məlumatı Hindistan klubunun saytı yayıb. Saytın yazdığına görə, Belfortla bir illik müqavilə imzalanıb. 25 yaşlı hücumçu yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.


Qeyd edək ki, Belfort “Zirə”yə bu ilin iyun ayında transfer olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti