Lam futbola qayıdır - İddia

15:36 23 Avqust 2017

“Bavariya”nın sabiq futbolçusu Filipp Lam karyerasını bərpa edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Bild” nəşri yayıb. Xəbərdə Lamın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”də oynamaq ehtimalı olduğu qeyd edilib.

 

Xatırladaq ki, uzun müddət “Bavariya” və Almaniya millisinin kapitanı olmuş sabiq müdafiəçi, ötən mövsümün sonunda, 33 yaşında futbolçu karyerasını bitirdiyini açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti