Qurban Qurbanov püşkü şərh etdi - "Bizim üçün bu turnir bir təcrübə olacaq"

23:45 24 Avqust 2017

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının C qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klublarıyla mübarizə aparacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqiblər haqda öz fikirlərini bildirib. O, klub saytına açıqlamasında bunları söyləyib:

 

"Hər üç rəqibimiz "Böyük beşlik" ölkələrinin təmsilçisidi. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Bizi hər üç komanda ilə maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridi. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti