“Roma”nın baş məşqçisi: “Qarabağ”ı qiymətləndirməmək olmaz"

10:13 25 Avqust 2017

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la birgə C qrupunda yarışacaq “Roma”nın baş məşqçisi Eusebio di Françesko püşkü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis çətin qrupa düşdüklərini deyib:

 

“Çətin qrupa düşmüşük. “Çelsi” və “Atletiko”ya qarşı bizi çətin oyunlar gözləyir. “Qarabağ”ı da qiymətləndirməmək olmaz. Qrupda bütün rəqiblərimizə hörmətlə yanaşmalıyıq.

 

“Çelsi” çox güclüldü. Bir çox səviyyəli oyunçuları var. Onlar yayda Alvaro Morata ilə də gücləndilər. “Atletiko” son 4 ildə 2 dəfə ÇL-in finalına yüksəlib. Bəlkə də, ulduz futbolçuları yoxdu, ancaq komanda olaraq güclüdülər. Ulduz futbolçuları olmasa da, onların əsas gücü uzun müddətdi komandada çalışan Dieqo Simeonedi".


Xəbər xətti