"Qarabağ" azarkeşlərə müraciət etdi

10:30 25 Avqust 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan Azərbaycan çempionu "Qarabağ" azarkeşlərə müraciət ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun müraciətində azarkeşlərdən ÇL-in qrup mərhələsində bir qrupa düşdüyü rəqiblərin sosial şəbəkələrdəki hesablarında təhqirlərə yol verməməsi xahiş olunur:

 

"Xahiş edirik ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq.

 

Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq.

 

Anlayışınız üçün təşəkkür edirik".


Digər xəbərlər

Xəbər xətti