Ötən mövsümün ən yaxşısı Ronaldo oldu

10:47 25 Avqust 2017

UEFA 2016/17 mövsümünün ən yaxşılarını müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, qaliblər Monakoda keçirilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanıb.

 

Ötən mövsümün ən yaxşı qapıçısı Canluici Buffon (“Yuventus”, İtaliya), ən yaxşı müdafiəçisi Serxio Ramos (“Real”, İspaniya), ən yaxşı yarımmüdafiəçisi Luka Modriç (“Real”, Xorvatiya), ən yaxşı hücumçusu isə Kriştiano Ronaldo (“Real”, Portuqaliya) seçilib. Ən yaxşı qadın futbolçu adına isə ötən mövsümdə İsveçin “Rozenqard” klubunda çıxış edən, yayda “Barselona”ya transfer edilən hollandiyalı yarımmüdafiəçi Like Martens layiq görülüb.

 

Ötən mövsümün ən yaxşı oyunçusu adını isə “Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qazanıb.

 

Xatırladaq ki, Ronaldo bundan öncəki mövsümdə də Avropada mövsümün ən yaxşı futbolçusu seçilmişdi.


Digər xəbərlər

Xəbər xətti