“Qarabağ”la “Qəbələ”nin 44-cü dueli

12:59 25 Avqust 2017

“Qəbələ” Premyer Liqanın 3-cü turunda son 4 mövsümün çempionu “Qarabağ”la görüşəcək.

 

Sportarena.az klubun rəsmi saytına istinadla xəbər verir ki, avqustun 26-da keçiriləcək qarşılaşma əyalət təmsilçiləri arasında 44-cü duel olacaq.

 

İlk dəfə 2006-cı ildə üz-üzə rəqiblər 11 il ərzində 36 dəfə Premyer Liqa, 7 dəfə kubokda münasibətlərini aydınlaşdırıb. Sonuncu dəfə ötən mövsümün kubokunun finalında görüşən rəqiblər 1 dəfə neytral meydanda qarşılaşıbsa, hər komanda 21 ev matçı keçirib.

 

Ümumilikdə, “Qarabağ” daha çox – 17 dəfə qalib gəlib. “Qəbələ” 10 dəfə üstün olub. 16 dəfə isə bərabərlik qeydə alınıb. Bu oyunlarda “qırmızı-qaralar” 39, rəqibi 52 dəfə fərqlənib.

 

“Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısına vurduğu 39 topa 25 futbolçu imza atıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqibi məyus edib.

 

Çempionatda isə ağdamlılar 16, qəbələlilər 9 dəfə 3 xala sevinib. 11 matçda isə komandalar hərəyə 1 xal əldə edib. 80 qolun vurulduğu Premyer Liqa duellərində ağdamlılar üstündü – 46:34. “Qəbələ”nin səfər matçlarına gəlincə, rəqib meydanında 4 qələbəsi olan komanda 8 heç-heçə edib və 9 dəfə uduzub. Meydan sahibləri 27, qonaqlar 16 dəfə fərqlənib.


2006/07 mövsümü

 

20.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2
Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

 

22.02.2007. Premyer Liqa. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2
Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81


2007/08 mövsümü

 

06.10.2007. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Bokunqu Ncioli Fiston, 62 // Aslan Kərimov, 13, Qoqa Beraya, 52

 

13.04.2008. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Kənan Kərimov, 8, Aslan Kərimov, 56 // Vladimir Taranu, 80


2008/09 mövsümü

 

20.09.2008. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Kənan Kərimov, 78 // Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

 

15.03.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0


2009/10 mövsümü

23.09.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

06.12.2009. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Tomaş Stolpa, 52 (p.) // Rəşad Sadiqov, 78

 

21.03.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 3:1
Paulino Lopes Tavares, 49, İqor Melnik, 73, 84 // Georgi Adamiya, 43

 

24.04.2010. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Rauf Əliyev, 10 // Kənan Kərimov, 18 (p.)


2010/11 mövsümü

 

25.09.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Deon Burton, 57, Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83

 

13.02.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Rauf Əliyev, 15, Georgi Adamiya, 63, Əfran İsmayılov, 75


2011/12 mövsümü

 

27.08.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Viktor Mendi, 37

 

21.12.2011. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

 

14.03.2012. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Viktor Mendi, 41; Dodo, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90

 

18.03.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
İlqar Qurbanov, 90+1 // Viktor Mendi, 16

 

28.03.2012. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

14.04.2012. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Yannik Kamanan, 70


2012/13 mövsümü

 

31.10.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32, Dodo, 34

 

10.02.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luka Zinko, 41 // Riçard Almeyda, 55 (p.)

 

27.02.2013. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Dodo, 33 // Vüqar Nadirov, 56

 

07.03.2013. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

30.03.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:0
Riçard Almeyda, 39

 

28.04.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:2
Reynaldo Silva, 69, 77


2013/14 mövsümü

 

25.08.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1
Vüqar Nadirov, 16

 

03.11.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 4:3
Nikolas Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Marinaldo da Silva, 65 // Lorenso Ebesilio, 72, Leonardo da Silva, 78, Dodo, 86

 

08.02.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1
Reynaldo Silva, 74

 

12.03.2014. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

 

19.03.2014. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Reynaldo Silva, 60 // Daniel Subotiç, 45+1; Viktor Mendi, 81

 

30.03.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87


2014/15 mövsümü

 

17.10.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89(p.)

 

14.12.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Bəxtiyar Soltanov, 46, Dodo, 60 // Namiq Ələsgərov, 23

 

28.02.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Namiq Ələsgərov, 45 (ö.q.)

 

02.05.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Reynaldo, 55 // Cavid Hüseynov, 90(p.)


2015/16 mövsümü

 

10.08.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Sergey Zenyov, 32, Samir Zərgərov, 87 // Riçard Almeyda, 62 (p.), 83

 

19.12.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Əfran İsmayılov, 79 // Ermin Zets, 4

 

19.03.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Sergey Zenyov, 17 // Migel Madera, 9, Mahir Mədətov, 72

 

11.05.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Dani, 17, 32


2016/17 mövsümü

 

02.10.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Filip Ozobiç, 11; Baqali Dabo, 14

 

29.11.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64

 

19.02.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Sergey Zenyov, 30; Filip Ozobiç, 68

 

09.04.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

05.05.2017. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (ö.q.)


Xəbər xətti