Simeone: "Azərbaycana səfər isə hamı üçün çətin olacaq"

14:35 25 Avqust 2017

Çempionlar Liqasında “Qarabağ”la birgə C qrupda mübarizə aparacaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeone püşkü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında çətin qrupa düşdüklərini deyib. O, Azərbaycana səfərin qrupdakı bütün komandalar üçün çətin olacağını bildirib:

 

“Maraqlı və çətin qrupa düşmüşük. Bizi “Roma” və “Çelsi” ilə gərgin oyunlar gözləyir. Azərbaycana səfər isə hamı üçün çətin olacaq. “Çelsi” yaxşı oyunçulara malik komandadı. Onlar ötən mövsüm fantastik çıxış etdilər. “Roma” isə möhtəşəm məşqçiyə və yaxşı heyətə malikdi”.


Digər xəbərlər

Xəbər xətti