Elşad Əhmədov: "Neftçi"də fiziki hazırlıq tam qaydasında deyil"

23:25 25 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə “Kəpəz”lə qolsuz bərabərə qalan “Neftçi”nin baş məşqçi əvəzi Elşad Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Maraqlı oyun oldu. “Kəpəz” yaxşı mübarizə apardı. Bizim uşaqlar da bacardıqları kimi oynadılar. Qalib gəlmək istəyirdik. Komandadan heç nə tələb edə bilməzdim. Çünki cəmi iki gündü onları məşqə çıxarıram. Bir az bəxtimiz də gətirmədi.

 

- Sizcə, “Neftçi”nin problemi nədi?
- Əsas komandanın işinə o qədər də qarışmamışam. Mənim fikrimcə, komandada fiziki hazırlıq tam qaydasında deyil. 3 gün komandaya taktiki məşqlər keçmişik. Komandada yorğunluq var.

 

- Sizə qalıb işləmək təklif olunsa, komandanı yaxşı vəziyyətə düzəltmək olar?
- İstənilən məşqçi bu sualın cavabında deyəcək ki, vaxt lazımdı. Ən azı 6 ay vaxt lazımdı ki, məşqçi öz fikrini futbolçulara aşılasın.

 

- Onda demək olar ki, mövsüm “Neftçi” üçün bitib?
- Elə deməzdim. Mövsüm hələ yeni başlayıb. Fikrimcə, bu mövsümdə 1-4-cü yerlər uğrunda mübarizə aparmaq olar.


Xəbər xətti