Əzizovun komandası ilk xalını qazandı

11:15 26 Avqust 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Almere Siti" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Bir müddət öncə yoxlama görüşündə zədələnərək sırada,çıxan Əzizov mövsümün açılış matçında olduğu kimi, bu oyunda da iştirak etməyib.

 

"Den Boş" 1 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti