Hacı Əliyev dünya çempionu oldu - VİDEO

12:50 26 Avqust 2017

Fransanın paytaxtı Parisdəki dünya çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.

 

Sportarena xəbər verir ki, 61 kq çəkidə mübarizə aparan Hacı Əliyev ölkəmizə qızıl medal qazandırıb. İkiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və 3-cü dəfə dünya çempionluğunu qazanıb.

 

Finala qədər o, Qırğızıstan, Yaponiya, Slovakiya və Kuba güləşçilərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə isə rusiyalı Hacımurad Rəşidovdan üstün olub.

 


Digər xəbərlər

Xəbər xətti