Hacı Əliyev: “Hədəfim Olimpiya çempionu olmaqdır” - AÇIQLAMA +VİDEO

12:57 26 Avqust 2017

Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında 61 kq çəkidə idmançımız Hacı Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Sportarena xəbər verir ki, güləşçimiz qızıl medalını aldıqdan sonra jurnalistlərin suallarına cavab verib. Əliyev əvvəlcə qızıl medal almasından danışıb:

 

“Çox sevinirəm ki, idman həyatımdakı əziyyətlər qarşılıqsız qalmadı. Bu təkcə mənim əziyyətim deyil. Məşqçilərim də çox əziyyət çəkib. Məni dəstəkləyənlərə təşəkkür edirəm. Növbəti hədəfim 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında qalib olmaqdır”.

 

 


Digər xəbərlər

Xəbər xətti