Sportarena.az
17 Noyabr 2017

Prosineçki: "Məni nəyə görə tənqid etdiklərini bilmirəm"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçından əvvəl jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını və rəqiblərini necə dəyərləndirirsiz?
- İlk növbədə, fürsətdən istifadə edərək, "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik etmək istərdim. Çünki bu, ölkə futbolu üçün çox önəmli hadisədi. Qrupa gəldikdə, Çempionlar Liqasında asan rəqib yoxdu. "Çelsi", "Roma" güclü rəqiblərdi, "Atletiko" barədə heç danışmaq istəmirəm. Onların necə futbol oynadıqlarını bilirik. Əsas odu ki, "Qarabağ" bu işin öhdəsindən gələ, tarixi addım ata bildi. Qrup mərhələsinin startını gözləməliyik. Amma "Qarabağ" çox çətin qrupa düşüb.

 

- Avrokubok oyunları zamanı komandalarımızı izləmədiyiniz üçün çox tənqid olunduz. Niyə qarşılaşmaları canlı izləmirdiz?
- Mən tətildə idim, burada deyildim. Belə mövsümdən sonra mən də məzuniyyət qazanmışdım. Məni nəyə görə tənqid etdiklərini bilmirəm. Stadionlarda olmasam da, sözsüz ki, bütün oyunları televiziya vasitəsilə izləmişəm.

 

- Norveçlə oyuna cəmi 4 gün qalmış vəziyyəti necə qiymətləndirirsiz?
- Hələ bu gün oyun var. Sabahdan hazırlıq başlayır. Hazırlığın necə keçəcəyini deyə bilmərəm. Ümidvaram ki, oyunçular sağlam qalacaqlar və zədələnən olmayacaq.

 

- Hazırda millidə ən zəif nöqtə qapı xətti sayıla bilərmi? Kamran Ağayev oyun praktikasından əziyyət çəkir, Səlahət Ağayev səhvlər buraxır...
- Təkcə hazırkı matçdan əvvəl yox, son 6 ayda Kamranda oyun təcrübəsi az idi. Ağayev əksər matçlarda meydana çıxmırdı. Bununla belə, hazırda ondan yaxşı qapıçı yoxdu ki, milliyə çağırım.

 

- Ramil Şeydayev Slovakiya "Jilina"sına, Emin Mahmudov isə Portuqaliya "Boavişta"sına lazım olmadı. Sizcə, azərbaycanlı legionerlər niyə xarici klublarda möhkəmlənə bilmirlər?
- Təəssüf ki, bu suala cavab verə bilmirəm. Problemin nədə olduğunu deməkdə çətinlik çəkirəm.

 

- Norveçlə ev oyununda Azərbaycan yığması qalib gəlsə də, çətinliklə üzləşdi. Səfər matçında milli komanda xal qazanmaq iqtidarındadımı və nəyə ümid edə bilər?
- Mən də sizə sual verim: Şimali İrlandiya ilə Bakıdakı oyundan əvvəl 3 xal qazana biləcəyimizə ümid var idi? Uduzsaq da, britaniyalılara qarşı göstərdiyimiz oyun məndə ümid yaratdı ki, xalla qayıda bilərik.

Tarix
26.08.17 [22:32]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Noyabr
16 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio