"Qəbələ"nin azarkeşləri Rəşad Sadıqovu niyə yanlarına çağırdılar? - AÇIQLAMA

10:57 27 Avqust 2017

Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçının (2:1) sonunda maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qonaq komandanın azarkeşləri Ağdam klubunun kapitanı Rəşad Sadıqovu yanlarına çağıraraq söhbət ediblər. Futbolçu ilə fanatlar arasında dialoq kifayət qədər maraqlı və mehriban şəkildə keçib. Matçdan sonra Sadıqov bu barədə sualı da cavablandırıb. O, bildirib ki, rəqib azarkeşlər onlara Çempionlar Liqasında uğurlar arzulyıblar:

 

"Oyunun sonunda rəqib komandanın azarkeşlərindən biri məni çağırdı və dedi ki, Çempionlar Liqasında sizi sona qədər dəstəkləyirik. Bizə uğur arzuladılar. Rəqib komanda azarkeşindən bunu eşitmək çox yaxşıdır. Mən də ona təşəkkürümü bildirdim”.


Digər xəbərlər

Xəbər xətti