UEFA-dan klublara xəbərdarlıq - "Çox ağır cəzalar verə bilərik"

18:00 27 Avqust 2017

UEFA-nın prezidenti Aleksandr Çeferin yay transfer dönəmində böyük maliyyələr qarşılığında futbolçu transfer edən klublara cəza veriləcəyini bildirib.
 
Sportarena.az xəbər verir ki, fransa mətbuatına danışan prezident, "Klubların şərtlərə hörmət etməsini gözləyirik. Məqsədimiz onlara yardım etməkdi. "Maliyyə "feyr-pley"i mövzusunda onlara tövsiyələrimizi veririk. Bunlara əməl etməsələr çox ağır cəzalar verə bilərik" sözlərini söyləyib.
 
Çeferin bu sözlərlə PSJ-yə də işarə vurub: "Bu xəbərdarlığım sadəcə PSJ-yə deyil, bütün Avropa klublarınadı. Transfer dönəmi hələ bağlanmayıb və bütün prosesləri diqqətlə izləyirik. Hazırda hər hansı klubun adın çəkə bilmərəm, amma bu məsələdə çox ciddi davranırıq".
 
PSJ yay transfer dönəmində Neymarı 222 milyon avro qarşılığında "Barselona"dan transfer etmişdi. İkinci transfer rekordu da katalon təmsilçisindən gəlmişdi. Belə ki, "Barselona" 105 milyon avroya Ousmane Dembeleni Dortmund "Borussiya"sından almışdı.
 
UEFA "Maliyyə "feyr-pley"i qaydalarına uymadığı üçün 4 il öncə PSJ-yə transfer büdcəsinin məhdudlaşdırılması ilə bağlı cəza vermişdi.


Digər xəbərlər

Xəbər xətti