Arazın ayağı "Anortosis"ə düşərli oldu - VİDEO

10:15 28 Avqust 2017

Futbol üzrə Kipr çempionatında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Alki Oroklinis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Araz da bu görüşün iştirakçısı olub. 86-cı dəqiqədə meydana çıxan millimizin üzvü bundan cəmi 1 dəqiqə sonra komandasının qələbə qoluna sevinib.

 


Xəbər xətti