Əfran İsmayılovun yubiley oyunu

16:31 28 Avqust 2017

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqasının 3-cü turuna təsadüf edib. “Qəbələ” ilə matça start heyətində başlayan Əfran, bunadək 199 qarşılaşmada forma geyinmişdi.

 

Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov ilk matçını da “Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu - 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.

 

Ümumilikdə 12-ci mövsümdü ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub


Digər xəbərlər

Xəbər xətti