“Qarabağ” azarkeşlərinə görə cərimələndi

12:36 29 Avqust 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının və əvəzedici komandaların çempionatının son turlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

 

Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Kəpəz”matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Premyer Liqanın 3-cü turunun “İnter” - “Səbail” matçının 63-cü dəqiqəsində “İnter”in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Premyer Liqanın 3-cü turunun “Qarabağ” - “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 2-ci turunun “Qarabağ" - “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 3-cü turunun “İnter" - “Səbail” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 43-cü dəqiqəsində “Səbail”in məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 3-cü turunun “Neftçi" - “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


Xəbər xətti