"Roma" hücumçu transfer etdi

14:15 29 Avqust 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” heyətini yeni hücumçuyla gücləndirir.

 

Sportarena.az xəbər verir ki, “canavarlar” “Sampdoriya”nın çexiyalı futbolçusu Patrik Şiklə anlaşıb. Çexiya U-21 millisinin üzvü dünən axşam saatlarında Romaya gəlib. Bu barədə məlumatı klubun saytı yayıb. Paytaxt klubunun bu gün 21 yaşlı hücumçuyla rəsmi müqavilə bağlayacağı gözlənilir.

 

Xatırladaq ki, bir müddət öncə çexiyalı hücumçu “Yuventus”a transfer olunmağa yaxın olsa da, tibbi müayinədən keçə bilməməsi anlaşmaya mane olmuşdu.


Xəbər xətti