“Sumqayıt”ın kapitanı sıraya döndü

10:15 30 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Zirə” ilə qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, dünən saat 19:00-da “Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində çalışıb. Qeyd edək ki, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev U-21 millinin heyətində olduqları üçün məşq prosesində iştirak etməyiblər. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq, komandaya qoşulub.

 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması sentyabrın 10-da “Kapital Bank Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti