Xavi lotoreyada pul uddu

10:50 30 Avqust 2017

Qətər təmsliçisi "Əl Sədd"in ispaniyalı ulduzu Xavi Hernandes lotoreyada pul udub.
 
Sportarena.az xəbər verir ki, sabiq "Barselona"lı bir bank tərəfindən gerçəkləşdirilən lotoreyada 1 milyon Qətər rialı (225 min avro) udub. Bankın sosial media hesablarından verilən məlumata görə paytaxt Dohada ildə bir dəfə keçirilən lotoreyada verilən 1 milyon riyalın məhz Xaviyə qismət olduğu bildirilib. Açıqlamada böyük mükafatı qazanan Xavinin çeki bank rəsmilərindən aldığı sırada şəkilən fotoqrafına yer verilib.
 
"Barselona"nın aşağı yaş qruplarında yetişən 37 yaşlı futbolçu ölkəsində 17 il forma geydikdən sonra 2015-ci ildə Qətər klubuna transfer olunub.


Digər xəbərlər

Xəbər xətti