"Legiya" yenə azarkeşlərinə görə cəzalandırıldı

11:47 30 Avqust 2017

UEFA Polşanın “Legiya” klubunu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin Avropa Liqasının pley-off mərhələsinin “Şerif”lə ev oyununda UEFA-nı təhqir edən pankart açmaları səbəb olub. Pankartda UEFA donuza bənzədilib: "35 min avroluq cəza UEFA-ya gedir". Bu səbəbdən UEFA Varşava klubuna bir ev oyununda həmin tribunanı bağlamaq cəzası verib. Bundan əlavə, klub 50 min avro cərimələnib.


Xatırladaq ki, UEFA bundan öncə “Legiya”nı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Astana” ilə oyunda azarkeşlərinin açdığı pankarta görə 35 min avro dəyərində cəzalandırmışdı.


Digər xəbərlər

Xəbər xətti