Almaniya millisinin üzvü "Yuventus"da

15:32 30 Avqust 2017

"Yuventus" müdafiə xəttini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, "qoca sinyora" "Şalke"nin futbolçusu Benedikt Hövedesi rənglərinə bağlayıb. Almaniya millisinin üzvü "Yuventus"da icarə əsasında çıxış edəcək. Turin təmsilçisi Hövedesin keçidi üçün 3,5 milyon avro ödəyib. "Yuventus" mövsümün sonunda 8,5 milyon avro ödəyərək Hövedesi birdəfəlik transfer edə bilər.

 

Qeyd edək ki, "Şalke"nin yetirməsi olan 29 yaşlı futbolçu 2007-ci ildən əsas komandada çıxış edirdi.


Xəbər xətti