"Qarabağ"ın yeni transferi: "Azərbaycanla matçdan öncə keçidin yüz faiz alınıb-alınmayacağını bilmirdim"

12:18 2 Sentyabr 2017

Norveç millisinin yarımmüdafiəçisi Tarik Elyunussi “Qarabağ”a keçidi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan millisi ilə ev oyunundan sonra ölkəsinin mətbuatına açıqlama verib. O, “Qarabağ”da çıxış etməyin onun üçün maraqlı olacağını deyib:

 

“Çox yaxşı və peşəkar klubdu. Bakı gözəl şəhərdi. Yeni mədəniyyətlərlə tanış olmağı, yeni ölkələr tanımağı sevirəm. Mənim üçün maraqlı olacağını düşünürəm.

 

Xüsusilə, Çempionlar Liqasında oynamaq çox maraqlı olacaq. Uşaq vaxtımdan bu turnirdə çıxış etməyi arzulayırdım. Matçdan öncə keçidin yüz faiz alınıb-alınmayacağını bilmirdim. Buna baxmayaraq, “Qarabağ”ın Azərbaycan millisində çıxış edən üzvləri isinmə hərəkətləri zamanı məni xoş qarşıladılar”.

 

Xatırladaq ki, Elyunussi Norveç - Azərbaycan oyununun 73-cü dəqiqəsində meydana daxil olub.

 

“Qarabağ” yarımmüdafiəçini onun müqavilə ilə məxsus olduğu “Olimpiakos”dan 1 illik icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti