Ronaldo Peleni ötdü

17:15 2 Sentyabr 2017

Braziliya futbolunun əfsanəsi Pele Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonu təbrik edib.

 

Sportarena.az xəbər verir ki, Ronaldo DÇ-2018-in seçmə mərhələsində Farer adaları ilə keçirilən oyunda (5:1) het-trik edib. O, yığma komandada vurulan qolların sayına görə Peleni geridə qoyaraq, dünyanın 5 ən güclü bombardiri sırasına qoşulub. Pele “tvitter” səhifəsində Ronaldonu təbrik edib:

 

“Ronaldonu dünyanın ən güclü 5 bombardirinin sırasına qoşulduğuna görə təbrik edirəm. Mənim təbriklərimi qəbul et”.

 

Ronaldo yığma komandanın heyətində 78 qol vurub.


Xəbər xətti