"Antalyaspor" "Roma"nın futbolçusunu transfer etdi

17:23 3 Sentyabr 2017

Türkiyə Super Liqa təmsilçisi “Antalyaspor” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Antalya klubu “Roma”nın fransalı futbolçusu Vilyam Venkeri heyətinə cəlb edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. “Antalyaspor” 28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. Rəsmi anlaşma bazar ertəsi, klubun bazasında imzalanacaq.

 

Venker karyerası ərzində “Nant”, “Dinamo” (Moskva), “Standard”, “Roma” kimi klubların şərəfni qoruyub. 2015-ci ildən “canavarlar”ın üzvü olan dayaq yarımmüdafiəçisi ötən mövsümü icarə əsasında Fransanın “Marsel” klubunda keçirib.


Xəbər xətti