Modriçdən FİFA-ya sərt tənqid - "Futbolçular veclərinə deyil"

17:48 4 Sentyabr 2017

"Real"ın və Xorvatiya millisinin futbolçusu Luka Modriç Kosovo sentyabrın 2-də yağışlı havada oynanılan qarşılaşma barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi FİFA-dan narazılığını da bildirib. 

 

"Oyundan bir gün əvvəl görüşün təxirə salındığını dedilər. Buna görə gec yatdıq. Səhər hərbidəki kimi bizi erkən oyatdılar. Oyuna kifayət qədər yaxşı hazırlaşmamışdıq. FİFA göstərdi ki, futbolçular veclərinə deyil. Onları maraqlandıran yeganə şey oyunun keçirilməsidir. Şənbə günü meydanın vəziyyəti acınacaqlı idi. Amma bu, heç kimi maraqlandırmırdı. FİFA bizim qeydimizə qalsaydı, Türkiyə ilə oyunu daha irəli tarixə salardı. Meydanda 20 dəqiqə keçirəndən sonra artıq oynamaq istəmədiyimi hiss etdim. Hakim mənə dedi ki, öncədən görüşün keçirilməsinə qarşı idi. 20 dəqiqə ərzində ciddi futboldansa, gülməli video çəkmək üçün yaxşı imkan vardı".

 

Qeyd edək ki, Xorvatiya - Kosovanı iki günə keçirilən qarşılaşmada 1:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti