Təmkin Xəlilzadə: "Həyəcan yox idi"

11:56 5 Sentyabr 2017

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazanılan qələbədən (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az yığmada debüt matçına çıxan futbolçunun müsahibəsini təqdim edir:

 

- Oyuna yaxşı hazırlaşmışdıq. Doğma divarlar arasında oynadığımız üçün bizi ancaq 3 xal qane edirdi. Şükürlər olsun ki, azarkeşlərimizi məyus etmədik və qalib gəldik.

 

- 5 qol vurmağınız gözlənilməz olmadı?
- Yaxşı komandamız və baş məşqçimiz var. Oyundan əvvəl də deyilmişdi ki, fürsətlərdən maksimum yararlanmaq lazımdı. Futbolçular bu matçda əllərindən gələni etdilər.

 

- Debüt matçın necə keçdi?
- Ciddi həyəcan yox idi. Adi oyun kimi yanaşırdım. Buna kənardan qiymət vermək daha düzgün olardı.

 

- Ötürmə verdiyin epizod avtoqolla nəticələndi...
- Qələbədə pay sahibi olmaq əla hissdi. Ancaq sizə onu deyim ki, əsas komandamızın uğurudu. Mənim və ya başqasının qol vurmasının ciddi əhəmiyyəti yoxdu.


Xəbər xətti