Qurban Qurbanovun oğlu "Qarabağ"a transferindən danışdı - "Atamın qərarını gözləyirdim"

Sportarena.az      7 Sentyabr 2018, 14:32

“Qarabağ”ın U-19 komandası “Neftçi”dən Ağdam klubunun əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlını transfer etməklə diqqət çəkib.

 

Sportarena.az xəbər verir ki, UEFA Gənclər Liqasına qatılacaq Rəşad Sadıqovun məşqçilik etdiyi 19 yaşlıların iştirak ərizəsi artıq qitə futbol qurumuna təqdim edilib. Siyahıda adı olan Musa Qurbanlı “Qafqazinfo”ya açıqlama verərək atasının əsas komandasına baş məşqçilik etdiyi Ağdam klubuna transferindən danışıb:

 

“Əslində “Qarabağ”a transferim xüsusi bir şey deyil. Atamın qərarını gözləyirdim. U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovun təklifi və istəyi də rol oynadı. Razılıq da olunca “Qarabağ”a gəldim”.

 

Gənc  oyunçu UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlmədiyini bildirib:

 

“Mən sırf UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlməmişəm. Sadəcə inkişaf etmək üçün, daha irəli getmək üçün burdayam. Transfer ediləndə də məqsəd bu olmayıb. Gənclər Liqasında oynayacağım da dəqiq deyil. Sadəcə adım siyahıda var. Əlbəttə ki, belə komandalara qarşı oynamaq böyük fəxrdir, təcrübədir. Şans qazansam, təbii ki, sevinəcəm”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin