Abdolbari Gözəl "Qarabağ"ı ziyarət etdi - VİDEO

10:16 8 Sentyabr 2017

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İngiltərənin “Çelsi” klubu ilə matça hazırlığını davam etdirir.

 

Sportarrena.az xəbər verir ki, bu gün axşam məşqindən öncə komandanın düşərgəsində sürpriz ziyarət baş tutub. Klubun prezidenti Abdolbari Gözəl komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla yaxından maraqlanıb. Daha sonra prezident ÇL-də qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb. Sonda isə onun gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.

 


Xəbər xətti