Azərbaycan millisinin üzvü "Kayserispor"da

11:51 8 Sentyabr 2017

Azərbaycanın U-21 millisinin futbolçusu Serkan Baloğlu karyerasını Türkiyə Super Liqa təmsilçisi “Kayserispor”da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Kayseri təmsilçisinin 19 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağladığı qeyd edilib.

 

Baloğlunun son klubu Almaniya “Ştutqart”ı olub. O, ötən mövsümdə bu klubun ikinci komandasının heyətində 12 oyun keçirib.


Xəbər xətti