"Traktorsazi"dən inamlı qələbə

14:21 8 Sentyabr 2017

İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Padideh Şandiz” komandası ilə qarşılaşıb. “Qırmızı qurdlar” matçın 70-ci dəqiqəsində hesabda geri düşsə də, qələbə qazanmağa nail olub.

 

Təbriz təmsilçisi qarşılaşmanın 89-cu dəqiqəsində Mehdi Şərifinin və 90+1-ci dəqiqədə Məhəmməd İranpurianın qollarıyla qalib gələrək, 1/8 finala adlayıb.


Digər xəbərlər

Xəbər xətti