Daha bir ulduz futbolçu karyerasını başa vurdu

14:55 8 Sentyabr 2017

Argentina millisinin və “İnter”in sabiq üzvü Esteban Kambyasso futbolçu karyerasını bitirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Argentina mətbuatı yayıb. O, 37 yaşında butslarını mismardan asmaq qərarına gəlib.

 

Kambyasso 2000-2011-ci illər aralığında Argentina millisinin şərəfini qoruyub. O, karyerası ərzində “Real”, “İndependiyente”, “River Pleyt”, “İnter” və “Lester” kimi klublarda top qovub. Kambyassonun son klubu Yunanıstan “Olimpiakos”u olub.


Xəbər xətti