Arda Turanın "Qalatasaray"a keçidi baş tutmadı

17:54 8 Sentyabr 2017

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan “Qalatasaray”a keçməkdən imtina edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə türkiyəli futbolçunun transfer pəncərəsinin bağlanmasına az müddət qalmış sabiq klubuna keçməkdən imtina etdiyi yazılıb.

 

Xatırladaq ki, bu gün “Qalatasaray”ın sabiq futbolçusunu razı saldığı və Ardanın İstanbul klubuna 2 il müddətinə icarəyə veriləcəyi barədə xəbər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti