Futbolçumuzun komandası ilk qələbəsini qazandı

15:02 9 Sentyabr 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Neymegen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Mövsümün startı öncəsi baş tutan yoxlama görüşündə zədələnərək sıradan çıxan Əzizov bu görüşün də iştirakçısı olmayıb. Amma əvvəlki üç oyundan fərqli, o, bu dəfə matçı ehtiyat oyunçular skamyasından izləyib. Bu isə onu göstərir ki, millimizin sabiq üzvü artıq zədəsini sağaldıb.

 

Qeyd edək ki, "Den Boş" hazırda 4 xalla 20 klub arasında 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti