Rəşad Sadiqov yenə "Neftçi"yə qayıtdı - RƏSMİ

16:15 11 Sentyabr 2017

Bu gün yeni baş məşqçisi Tərlan Əhmədovu icmaiyyətə təqdim edən "Neftçi" növbəti transferini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" Rəşad Sadiqovla mövsümün sonuna qədər müqavilə bağlayıb.

 

Qeyd edək ki, bu, 33 yaşlı futbolçunun paytaxt klubuna növbəti qayıdışıdı. O, 2003-2004, 2005-2008, 2012-2014-cü illərdə "Neftçi”nin şərəfini qoruyub. Eyni zamanda, bir müddət komandanın kapitanı olub.


Digər xəbərlər

Xəbər xətti